...

Planetin ən qoca sakini vəfat edib

Dünya xəbərləri Materials 1 May 2025 09:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Planetin ən qoca sakini hesab olunan Braziliyadan olan rahibə İna Kanabarro Lukas 116 yaşında Portu-Aleqridə dünyasını dəyişib.

Trend xəbər verir ki, bu haqda uzunömürlülərin monitorinqini aparan “LongeviQuest” təşkilatı məlumat yayıb.

Qeyd edək ki, Lukas 8 iyun 1908-ci ildə dünyaya gəlib. Cavanlığında o rahibələrin sırasına qoşulub və həyatının böyük hissəsini tədrisə və Braziliya və Uruqvayda katolik kilsələrdə və qurumlarda xidmətə həsr edib.

Son on illiyini rahibə Portu-Aleqridəki evində keçirib.

İna Lukasın ölümündən sonra dünyanın ən qoca sakini statusu Britaniyadan olan 115 yaşlı Etel Katerhemə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti