...

Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir

Cəmiyyət Materials 1 May 2025 13:06 (UTC +04:00)
Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.

Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.

Petisiyaya aşağıdakı keçidə daxil olmaqla səs vermək mümkündür:

https://chng.it/cHbdr9KBQV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti