Bakı. Trend:
Cari ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, təhvil verilən səmt qazı gündə orta hesabla 3,6 milyon kubmetr və ya 48,6%, ümumillikdə isə 0,2 milyard kubmetr və ya 28,6% artıb.
Belə ki, 2024-cü ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı təhvil verilmişdi.