...

Qaradağda əməliyyat - 17 kq narkotik aşkarlandı (FOTO/VİDEO)

Hadisə Materials 1 May 2025 14:53 (UTC +04:00)
Qaradağda əməliyyat - 17 kq narkotik aşkarlandı (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 41 yaşlı Qubad Məmmədov tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, onun narkotiklərin dövriyyəsi zamanı istifadə etdiyi gizli saxlanc yerindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 3 kiloqram 300 qram psixotop maddə metamfetamin aşkarlanıb.

Q.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti