Bakı. Trend:
İran ABŞ-nin İranda və bir neçə ölkədə müxtəlif iqtisadi və ticarət sahələrində İranla əməkdaşlıq etməsini əsas götürərək bir sıra hüquqi və fiziki şəxslər əleyhinə sanksiyalar tətbiq etməsini kəskin şəkildə qınayır.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-nin İran əleyhinə qanunsuz sanksiyaları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Ötən bir neçə gün ərzində İran və başqa ölkələrin şirkətləri və fiziki şəxsləri əleyhinə müxtəlif bəhanələr əsasında sanksiyaların tətbiq olunması inkişaf etməkdə olan ölkələrin qanuni və dostluq münasibətlərinə zərbə vurmağa cəhd göstərmək kimi qiymətləndirilir.
“İran əleyhinə maksimum təzyiq siyasəti çərçivəsində ABŞ- tətbiq etdiyi sanksiyalar diplomatiya istiqamətini irəlilətməyə dair ABŞ rəsmilərinin ciddi olması ilə bağlı strategiyası ilə ziddiyyət təşkil edir və bununla əlaqədar məsuliyyət ABŞ tərəfinin üzərinə düşür”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamentinin Aktivlərə Nəzarət İdarəsi (OFAC) 30 apreldə ABŞ-nin İrana iqtisadi təzyiqi artırmaq üçün yeni sanksiyalar tətbiq edildiyini bildirib. Sanksiyalar BƏƏ, İran və Türkiyədə qeydiyyatdan keçmiş bir neçə şirkətə, eləcə də İran hökuməti adından işlədiyi iddia edilən bir tankerə tətbiq edilib.