...

Macarıstan Avropa İttifaqını "Şaquli qaz dəhlizi" layihəsinə dəstək olmağa çağırıb

İqtisadiyyat Materials 1 May 2025 14:23 (UTC +04:00)
Macarıstan Avropa İttifaqını "Şaquli qaz dəhlizi" layihəsinə dəstək olmağa çağırıb
Abdul Kərimxanov
Abdul Kərimxanov
Bütün xəbərlər

Bakı. Trend:

CESEC (Mərkəzi və Cənub-Şərqi Avropa Enerji Birliyi) çərçivəsində 2016-cı ilin sentyabr ayında Budapeştdə keçirilmiş yüksək səviyyəli görüşdə Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanın nazirləri “Şaquli dəhliz” layihəsinin həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu (MoU) imzalayıblar. O vaxtdan etibarən maraqlı təşkilatlar bu layihəyə sadiqliyini dəfələrlə təsdiqləyiblər.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Enerji və Kommunal Xidmətlər üzrə Tənzimləmə Qurumundan “CE Report”a verilən özəl müsahibədə bildirilir.

“Onlar, həmçinin, CESEC-in yüksək səviyyəli görüşlərində dəhlizin istismarını davam etdirməyə hazır olduqlarını ifadə ediblər; bu görüşlərin sonuncusu 2024-cü ilin oktyabrında Budapeştdə keçirilib. Keçmişdə dəhlizin müxtəlif sahələrində güclərin satışına dair keçirilən uğursuz hərraclar göstərdi ki, bu layihələr təkcə treyderlər tərəfindən güclərin rezervasiya olunması hesabına maliyyələşdirilə bilməz və dövlət maliyyələşdirilməsinə ehtiyac duyulacaq”, - deyə qurumdan bildirilib.

Tənzimləyici qurum qeyd edib ki, qaz ötürücü sistem operatorları (TSO) və Macarıstan hökuməti bu layihə üçün Avropa İttifaqı vəsaitlərinin səfərbər olunmasının vacibliyini hər zaman vurğulayırlar.

“Dəhliz potensial olaraq Mərkəzi və Şərqi Avropa regionu üçün əlavə alternativ qaz mənbələrinə çıxış təmin edə bilər, hər bir ölkədə şəbəkənin inkişafı isə marşrut üzərindəki mövcud darboğazları aradan qaldıracaq. Beləliklə, layihənin reallaşdırılması ümumilikdə təchizatın etibarlılıq səviyyəsini artıra bilər. Macarıstan hissəsi dəhlizin Rumıniya-Macarıstan (IP) birləşmə nöqtəsindən başlayaraq Macarıstan-Slovakiya IP nöqtəsinədək uzanır”.

Dəhlizin bu hissəsində baş vermiş son dəyişikliklərə dair qurumdan bildirilib:

“2024-cü il fevralın 1-dən etibarən Macarıstan və Slovakiya qaz ötürücü sistem operatorları (TSO) HU-SK IP birləşmə nöqtəsində ötürmə gücünü 50% artıraraq, illik 2,6 milyard kubmetrə çatdırıblar. Aprelin 1-dən etibarən interkonnektorun ötürmə gücü illik 3,5 milyard kubmetr olacaq. Rumıniya-Macarıstan ikitərəfli qaz interkonnektorunun ötürmə gücü 2023-cü ilin oktyabrın 1-dən artırılıb və hazırda hər iki istiqamətdə illik 2,6 milyard kubmetr təşkil edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti