Bakı. Trend:
25-26 aprel 2025-ci il tarixlərində Azərbaycan Texniki Universitetində və Bakı Dövlət Universitetində təşkil olunmuş informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının qalibləri müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər final turunun nəticələri ilə portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq tanış ola bilərlər.
Qaydalara əsasən aşağı yaş qrupu üzrə 5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal qazanıb. Yuxarı yaş qrupu üzrə isə 7-ci və 7-ci ilə yerlə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 22-ci və 22-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 45-ci və 45-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medala layiq görülüb.
Qeyd edilib ki, final turu ərzində şagirdlər tərəfindən təqdim edilmiş 5023 həll avtomatik qiymətləndirmə sistemi tərəfindən yoxlanılıb.