Bakı.Trend:
Yaponiyanın Osaka perfekturasının Nisinori rayonunda bir kişi sürücü avtomobilini qəsdən dərsdən evə qayıdan azyaşlı şagirdlərə çırpıb.
Trend xəbər verir ki, bu barəd NHK məlumat yayıb.
Yerli polisin verdiyi məlumata görə, insident nəticəsində yaxınlıqdakı ibtidai məktəbdə oxuyan 7-8 yaşlarında şagirdlər zərər çəkib. Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralananlardan yeddi yaşlı qız ciddi xəsarət alıb, o cümlədən, çənə sümüyü sınıb. Qalanlarının yüngül travmalar aldığı deyilir.
“47 news” insidentin məktəbin darvazası qarşısında baş verdiyini yazır. Məktəb işçilərindən biri sayıqlığını itirməyərək, hadisəni törədən sürücünün üzərinə atılıb, onu idarəetdiyi “Toyota” avtomobildən düşürərək, təhlükəsiz hala gətirib.
Hadisəni törətmiş 28 yaşlı Tokio sakini, törətdiyi əməli boynuna alaraq, maşını uşaqların üzərinə öldürmək məqsədilə sürdüyünü bildirib. O, “bunu hər şeydən bezdiyi üçün” etdiyini vurğulayıb.