...

Qaradağda məktəbin ətrafında naməlum şəxslə bağlı yayılan görüntü araşdırılıb - DİN

Hadisə Materials 1 May 2025 17:59 (UTC +04:00)
Qaradağda məktəbin ətrafında naməlum şəxslə bağlı yayılan görüntü araşdırılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub.

Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.

Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.

Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti