...

Azərbaycanın valyuta ehtiyatları son bir ildə azalıb, pul bazası isə artıb

İqtisadiyyat Materials 1 May 2025 14:31 (UTC +04:00)
Azərbaycanın valyuta ehtiyatları son bir ildə azalıb, pul bazası isə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,062 milyard ABŞ dolları təşkil edib.

Trend AMB-yə istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 36 milyon ABŞ dolları və ya 0,3% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 103 milyon ABŞ dolları və ya 0,9% artıb, son 1 ildə isə 598,3 milyon ABŞ dolları və ya 5,1% azalıb.

Mayın 1-nə Azərbaycanda pul bazası 20,719 milyard manat təşkil edib.

Bu, aprelin 1-i ilə müqayisədə 778,8 milyon manat və ya 3,6% azdır.

Azərbaycanda pul bazası ilin əvvəlinə nisbətən 197,2 milyon manat və ya 0,9% azalıb, son 1 ildə isə 723,4 milyon manat və ya 3,6% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti