...

Azərbaycanda tikinti sektoru üzrə verilən biznes kreditləri 12%-dən çox artıb

İqtisadiyyat Materials 1 May 2025 18:07 (UTC +04:00)
Azərbaycanda tikinti sektoru üzrə verilən biznes kreditləri 12%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən tikinti sektoruna verilmiş biznes kreditlərinin həcmi 1,457 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon manat və ya 12,5% çoxdur.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.

Bankların biznes kredit portfeli 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 13,1% və ya 1,7 milyard manat artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti