Bakı. Trend:
İranın “Melli” Bankının Bakı filialı bir müddətdən sonra yenidən fəaliyyətini tam şəkildə bərpa edib.
Trend-in məlumatına görə, bunu İranın Melli Bankının icra direktoru Əbülfəz Nəccarzadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində bununla əlaqədar razılıq əldə olunub.
Bank rəsmisi qeyd edib ki, bu qərar iqtisadi münasibətlərin inkişaf etdirilməsi istiqamətində iki ölkənin iradəsini nümayiş etdirir və iş adamları üçün dəyərli imkan yaradıb.