...

Bir ayda mikrosahibkarlığa 64 milyon manat kredit verilib

İqtisadiyyat Materials 1 May 2025 11:10 (UTC +04:00)
Bir ayda mikrosahibkarlığa 64 milyon manat kredit verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, fevral ayının sonu ilə müqayisədə 64 milyon manat və ya 2,13% çoxdur.

Belə ki, cari ilin fevral ayının sonunda Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,008 milyard manat idi.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 181,5 min ədəddir. Mikrosahibkarlıq subyektlərinin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,1%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (11,4%), “Tikinti” (9,2%), “Peşə, elmi və texniki fəaliyyət” (7,8%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,6%) sahələrində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti