...

BTC istismara veriləndən bəri nəql edilən neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 1 May 2025 12:56 (UTC +04:00)
BTC istismara veriləndən bəri nəql edilən neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend

1768 km uzunluğunda olan Bakı-Tiblisi-Ceyhan (BTC) boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti