...

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlandı (FOTO)

Cəmiyyət Materials 1 May 2025 12:24 (UTC +04:00)
Xocalıda daha bir kütləvi məzarlıq aşkarlandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

Trend xəbər verir ki, kütləvi məzarlıq qazıntı işləri aparılarkən aşkar edilib.

Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin düşmüş şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir.

Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar.

Aşkar edilən insan sümüklərində zorakılıq əlamətləri açıq-aydın müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti