...

Rəsmi Bakı Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatlığını ifadə edib

Siyasət Materials 1 May 2025 18:04 (UTC +04:00)
Rəsmi Bakı Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatlığını ifadə edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanatında deyilir.

"Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik.

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti