Xocalı. Trend:
Burdan beynəlxalq təşkilatlara səslənirəm ki, bu ikili siyasətə son qoyulmalıdır. Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdır.
Trend xəbər verir ki, bunu Qarabağ müharibə iştirakçısı, jurnalist Rey Kərimoğlu Xocalıda aşkarlanan kütləvi məzarlıqda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu hallar birmənalı şəkildə müharibə cinayətidir:
"Bu, həm də insanlığa sığmayan haldır. Çox təəssüflə qeyd edirəm ki, ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik. Burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkar edilib. Xüsusilə həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn ediliblər. Bundan başqa, mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də aşkarlanıb".