Bakı. Trend:
Mayın 1-də İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Ağdama gəlib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinin üzvləri Ağdam şəhərində görülən işlər və buradakı İmarət kompleksi ilə tanış olublar.
Sonra qonaqlar Xankəndi şəhərinə gəliblər. Onlar burada Zəfər meydanını gəziblər, qonaqlara şəhərdə görülən işlər barədə məlumat verilib.
İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Xankəndidən sonra Şuşa şəhərinə gəlib.
Səfər zamanı nümayəndə heyəti Cıdır düzü, Şuşanın tarixi məkanları, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olub.
Qonaqları Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli müşayiət edib.
xxx
15:51
Xankəndi. Trend:
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər “Zəfər” meydanında olub, burda görülən işlərlə tanış olublar.
Onlar Xankəndidə Qarabağ Unversitetini də ziyarət ediblər.
Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.