Ağdam. Trend:
Ağdamda 3 otaqlı ev yanıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.
Belə ki, rayonun Papravənd kənd sakini Heydər Məmmədova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı ev tamamilə yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb, yanğının başvermə səbəbi araşdırılır.