...

Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatı ilə bağlı təqdimat Milli Məclisə daxil olub

Cəmiyyət Materials 1 May 2025 09:22 (UTC +04:00)
Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatı ilə bağlı təqdimat Milli Məclisə daxil olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatı Milli Məclisə daxil olub.

Trend-in məlumatına görə, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklif edilir.

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.

“Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası baş prokurorunun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.

Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti