...

Lüksemburq Ukraynaya enerji dəstəyi olaraq 10 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 1 May 2025 13:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lüksemburq Ukraynanın Enerji Dəstək Fonduna 10 milyon avro vəsait ayıracaq.

Trend xəbər verir ki, bununla bağlı müvafiq memorandum Lüksemburqun baş nazir müavini, xarici işlər və xarici ticarət naziri Ksavye Bettellə Ukrayna baş naziri Denis Şmıqal arasında imzalanıb.

“Bu vəsaitlər enerji sektoruna aid layihələrin dəstəklənməsinə, ələlxüsus bərpa işlərinə və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə - sərf olunacaq”, - deyə Şmıqal öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Lüksemburq, eyni zamanda, Ukraynaya 80 milyon avro həcmində hərbi yardım ayırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti