...

Beynəlxalq Valyuta Fondu 2025-2030-cu illər üzrə Azərbaycan neftinin fiskal zərərsiz qiymətini açıqlayıb

Energetika Materials 1 May 2025 12:48 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu 2025-2030-cu illər üzrə Azərbaycan neftinin fiskal zərərsiz qiymətini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin fiskal zərərsiz qiymətinin (büdcə kəsirinin sıfır səviyyədə qalması üçün tələb olunan neftin qiyməti) 2025-ci ildə bir barel üçün 87,3 dollar təşkil edəcəyini proqnozlaşdırır.

Trend xəbər verir ki, 2026-cı ildə o, proqnozlara görə, 85.6 dollara, 2030-cu ilə qədər isə bir barel üçün 91,3 dollara qədər yüksələcək. Daha əvvəl BVF Azərbaycan neftinin fiskal zərərsiz qiymətinin 2021-ci ildə 57,5 dollar, 2022-ci ildə 67,3 dollar, 2023-cü ildə isə 55,2 dollar səviyyəsində qiymətləndirmişdi.

Neftin xarici zərərsiz qiymətinə gəldikdə isə, BVF-nin məlumatına görə, bu göstərici 2025-ci ildə bir barel üçün 167,8 dollar, 2026-cı ildə 167 dollar, 2030-cu ildə isə 215 dollar təşkil edəcək.

Əvvəlki illərdə bu göstərici Azərbaycanda aşağıdakı kimi olub:

2021-ci ildə 69,5 dollar, 2022-ci ildə 102,8 dollar, 2023-cü ildə 126,3 dollar və 2024-cü ildə 135,3 dollar.

Maliyyə institutu, həmçinin, 2025–2030-cu illər ərzində Azərbaycanda neft hasilatının sabit qalacağına dair əvvəlki proqnozlarını da təsdiqləyib: 2025 və 2026-cı illərdə gündəlik 0,6 milyon neft barrel ekvivalentində olacağı, 2030-cu ilə qədər isə bu rəqəmin 0,5 milyon barrelə enəcəyi gözlənilir. Təbii qaz hasilatının isə sözügedən dövrdə gündəlik 0,9 milyon barrel neft ekvivalentində - sabit səviyyədə qalacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti