...

Bu məktəblərdə birinci sinfə qəbul müsabiqəsi ləğv edilib

Cəmiyyət Materials 1 May 2025 13:52 (UTC +04:00)
Bu məktəblərdə birinci sinfə qəbul müsabiqəsi ləğv edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi təhsil müəssisələrində 1-ci sinfə qəbulun müsabiqə mərhələsi ləğv olunub.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, “Ankara məktəbi” məktəb-liseyi,160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində müsabiqə mərhələsi ləğv olunub.

"Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq. Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq",- deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti