Bakı. Trend:
Cari ilin birinci rübündə Səngəçal terminalından 52,3 milyon barel neft və kondensat ixrac edilib.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon barel və ya 4,9% azdır.
Belə ki, 2023-cü ildə Səngəçal terminalından 55 milyon barel neft və kondensat ixrac edilib.
Qeyd edək ki, ixrac edilən məhsulun hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.