...

Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb

Dünya xəbərləri Materials 1 May 2025 12:52 (UTC +04:00)
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb

Bakı. Trend:

2025 -ci ilin martında Azərbaycandan Türkiyəyə 64 min 453 turist səfər edib ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 10,18 faiz azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,75 faiz təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 183 min 73 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,90 faiz azdır.

2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,74 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin martında Türkiyəyə 2 milyon 346 min 403 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 13,14 faiz azdır.

2025 -ci ilin yanvar-mart aylarında 6 milyon 689 min 463 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Xəbər lenti

Xəbər lenti