...

Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur

İqtisadiyyat Materials 1 May 2025 18:14 (UTC +04:00)
Azərbaycanda 1 milyonluq şirkət ləğv edilərək 19 milyon manatlıq MMC-yə qoşulur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Saloglu Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb "Saloglu Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sözügedən MMC-yə qoşularaq ləğv olunduğunu elan etməsidir.

Artıq qeyd olunan şirkətlərdə bununla bağlı müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, "Saloglu Kommersiya" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 891 010 manat olan MMC-nin qanuni təmsilçisi Fərəcov İlkin Azər oğludur.

“Saloglu Holding” MMC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 18 970 020 manat olan şirkətin qanuni təmsilçisi də Fərəcov İlkin Azər oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti