...

ABŞ Azərbaycandan məhsul alışını 27%-dən çox artırıb

İqtisadiyyat Materials 1 May 2025 09:44 (UTC +04:00)
ABŞ Azərbaycandan məhsul alışını 27%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 133,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 31 milyon ABŞ dolları və ya 18,8% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,11%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 15,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 27,3% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında ABŞ-dən Azərbaycana 118 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 34,4 milyon ABŞ dolları və ya 22,6% azalma deməkdir.

Bundan əlavə, bu ilin ilk üç ayı ərzində Azərbaycandan ABŞ-yə 15,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 149 milyon ABŞ dolları və ya 10,5 dəfə azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti