...

ƏƏSMN nümayəndələri AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 1 May 2025 09:42 (UTC +04:00)
ƏƏSMN nümayəndələri AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə AHİK məlumat yayıb.

Bildirilib ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırıb.

Görüşdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən-ilə təkmilləşir, Baş Kollektiv Sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə imkanlar yaradır.

Tədbirdə AHİK-in fəaliyyətindən bəhs edən videomaterial izlənilib, həmkarlar ittifaqları haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimat edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək müqavilələrinin sayının artdığını qeyd edən nazir həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını qeyd edib.

Görüş zamanı sosial dialoqun, sivil tərəfdaşlığın inkişafının, Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəliklərə riayət olunmasının önəmi diqqətə çatdırılıb.

Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti