...

Tramp Ukrayna ilə imzalanan müqavilədən 350 milyard dollardan çox pul alacağını gözləyir

Dünya xəbərləri Materials 1 May 2025 07:16 (UTC +04:00)
Tramp Ukrayna ilə imzalanan müqavilədən 350 milyard dollardan çox pul alacağını gözləyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp faydalı qazıntılar ilə bağlı razılaşmadan ABŞ-nin əvvəlki administrasiyasının Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan daha çox qazanacağına ümid edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "News Nation" televiziya kanalına deyib.

"Biz nəzəri cəhətdən 350 milyard dollardan daha çox əldə etdiyimiz bir müqavilə bağladıq", - deyə o bildirib.

O əlavə edib ki, razılaşma "Baydenin onlara təhvil verdiyi" 350 milyard dollara görə cəza kimi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti