...

Husilər İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə zərbələr endiriblər

Dünya xəbərləri Materials 1 May 2025 04:11 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri İsrailin Təl-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz uçuş aparatından istifadə edərək zərbələr endiriblər.

Trend-in məlumatına görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya deyib.

"“Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrail düşməninin işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv) mühüm hərbi obyektlərinə üç Yaffa pilotsuz uçan aparatı ilə, həmçinin bir Yaffa pilotsuz uçan aparatı ilə işğal altında olan Aşkelondakı mühüm obyektə hücum edib", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti