Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında ABŞ-nin Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı sazişin bağlandığını təsdiqləyib.
Trend-in məlumatına görə, onun çıxışı canlı yayımlanıb.
"Pulumuzun təhlükəsiz yerdə olduğu müqaviləni bağladıq və biz qazmağa və etməli olduğumuz şeyi etməyə başlaya bilərik. Bu, onlar üçün [Ukrayna] üçün də yaxşıdır, çünki qazıntı sahəsində Amerikanın iştirakı olacaq və Amerikanın iştirakı bir çox pis aktorları ölkədən, daha doğrusu qazıntı apardığımız ərazidən uzaqlaşdıracaq", - deyə o bildirib.