...

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini Marko Rubio icra edəcək

Dünya xəbərləri Materials 2 May 2025 00:38 (UTC +04:00)
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini Marko Rubio icra edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Marko Rubio icra edəcək.

Trend xəbər verir ki, bu barədə Donald Tramp məlumat verib.

“Marko Rubio Dövlət Departamentində güclü rəhbərliyini davam etdirməklə yanaşı, milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışacaq. Biz birlikdə Amerika və dünyanı yenidən təhlükəsiz etmək üçün yorulmadan mübarizəyə davam edəcəyik”, - deyə Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti