Bakı. Trend:
“Skype” platforması mayın 5-də bağlanacaq.
Trend xəbər verir ki, bu barədə “Microsoft”un texniki dəstək saytındakı məlumatda vurğulanıb.
“Siz mayın 5-dək “Skype”dan istifadəyə davam edə bilərsiniz”, - şirkətdən bildirilib.
Şirkət istifadəçi hesablarının “Microsoft Teams” xidmətinə veriləcəyini dəqiqləşdirib.
Qeyd edək ki, "Skype" 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə "Zoom" və "Slack" kimi platformalarla rəqabətdə geri qalan "Skype", xüsusilə pandemiya dövründə "Microsoft Teams"in populyarlığının artması fonunda kölgədə qalıb.
"Microsoft"un məlumatına görə, hazırda "Microsoft Teams" platformasının aylıq 320 milyon aktiv istifadəçisi var.