...

ABŞ Ukraynada münaqişə tərəfləri arasında birbaşa danışıqlar təşkil edəcək

Dünya xəbərləri Materials 2 May 2025 04:47 (UTC +04:00)
ABŞ Ukraynada münaqişə tərəfləri arasında birbaşa danışıqlar təşkil edəcək

Bakı. Trend:

ABŞ növbəti 100 gün ərzində Ukraynada münaqişə tərəfləri arasında birbaşa danışıqlar təşkil etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.

"Bizim sülh təklifimiz var. Moskva və Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün iş görülməlidir, çünki rusiyalıların istədikləri ilə ukraynalıların istədikləri arasında çox böyük uçurum var", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti