Bakı. Trend:
Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyildir.
Trend xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb:
“Göstərilənlər nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədi ilə yaxın zamanda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub”.