...

“Bavariya” ingiltərəli futbolçunun komandadan ayrılacağını bəyan edib

İdman Materials 2 May 2025 19:49 (UTC +04:00)
“Bavariya” ingiltərəli futbolçunun komandadan ayrılacağını bəyan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya "Bavariya"sı futbolçusu Erik Dayerin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, daha əvvəl ingiltərəli müdafiəçinin karyerasını “Monako”da davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən ilin iyununda "Bavariya"ya keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti