...

Avstraliyada federal parlament seçkiləri keçirilir

Dünya xəbərləri Materials 3 May 2025 03:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyada bu gün yeni federal parlamentin formalaşdırılması üçün ümumi seçkilər keçirilir.

Trend xəbər verir ki, səsvermə nəticəsində Senatın 76 üzvündən 40-nın və Nümayəndələr Palatasının 150 üzvünün kimliyi müəyyənləşəcək.

Avstraliya Seçki Komissiyasının məlumatına görə, seçkilərdə ümumilikdə 1 456 siyasətçi iştirak edir. Onlardan 330-u Senat, 1 126-sı isə Nümayəndələr Palatasında yerlər uğrunda mübarizə aparır. Senat üzvləri altı, Nümayəndələr Palatasının üzvləri isə üç il müddətinə seçilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da açılıb və axşam saat 18:00-da bağlanacaq. Seçkilərdə iştirak hüququ olan 18,1 milyon seçicidən 5,7 milyonu artıq erkən səsvermədə iştirak edib, 1,5 milyondan çoxu isə bülletenlərini poçtla göndərib. Bununla yanaşı, 333 mindən çox avstraliyalı seçkilərdə səs vermək üçün qeydiyyatdan keçə bilməyib.

Xəbər lenti

Xəbər lenti