Bakı. Trend:
Almaniya Bundesliqasında 32-ci tura start verilib.
Trend xəbər verir ki, açılış matçında turnir cədvəlində son sıralarda qərarlaşan komandalar – "Haydenhaym" və "Boxum" qarşılaşıb. Görüş "Haydenhaym"ın meydanında keçirilib.
Bundesliqadakı mövqeyini qorumaq üçün qələbəyə ehtiyac duyan meydan sahibləri üstün oynasalar da, 90 dəqiqə ərzində hesab açılmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
Bu nəticə "Haydenhaym" üçün arzuolunmaz olub – komanda 15-ci pillə ilə arasındakı xal fərqini 4-ə endirib və düşmə zonasına yaxınlaşıb.
22:30. "Haydenhaym" - "Boxum" - 0:0