...

Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib (YENİLƏNİB)

İqtisadiyyat Materials 3 May 2025 14:00 (UTC +04:00)
Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfransı keçirilib.

Trend xəbər verir ki, konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub. Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə heyətinin sədri seçilib.

Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki Konfransında Vüqar Oruc Cəmiyyətin idarə heyətinin sədri seçilmişdi.

xxx

13:48

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və seçkili orqanları yenidən formalaşdırılıb.

Trend xəbər verir ki, seçicilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII hesabat-seçki konfransında namizədlərini səsvermə yolu ilə müəyyənləşdiriblər.

Konfransda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Sədrlik uğrunda bir namizəd - Vüqar Oruc mübarizə aparıb.

O, 86 seçicinin 82-nin səsini qazanıb.

Beləlkilə, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.

Xəbər lenti

Xəbər lenti