Bakı.Trend:
Serbiya prezidenti Aleksandr Vuçiç xəstələnməsi ilə əlaqədar ABŞ-yə etdiyi rəsmi səfəri yarımçıq qoyub.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” yazır.
Materialda qeyd olunur ki, mayın 2-də serb dövlət başçısı özünü pis hiss etməyə başlayıb. Ardınca o həkimlərlə məsləhətləşib və ona Belqrada geri dönməyi tövsiyə ediblər. Hal-hazırda Vuçiçin səhhətinin hansı vəziyyətdə olduğu barədə məlumat verilmir.
Bundan əvvəl Vuçiçin amerikalı həmkarı Donald Trampla görüşü planlaşdırılırdı.