...

Boliviyada Evo Moralesin həbs orderi ilə bağlı məhkəmə qərarı dayandırılıb

Dünya xəbərləri Materials 3 May 2025 07:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviyanın La-Pas departamentinin məhkəməsi keçmiş prezident Evo Moralesin həbsinə dair orderin ləğvi ilə bağlı qərarı müvəqqəti olaraq dayandırıb.

Trend-in “El Deber” qəzetinə istinadən verdiyi məlumata görə, bu addımı hakim Frans Sabaleta atıb. O, iddia edilən qurbanın hüquqlarının müdafiəsi məqsədilə digər hakim – Liliana Morenonun Moraleslə bağlı bütün qərarlarının icrasını dayandırmaq barədə göstəriş verib. Sabaleta bu qərarla işin başqa bir şöbəyə ötürülməsinin qarşısını alıb və hüquqi prosesi sabitləşdirməyə çalışıb.

Xatırladaq ki, daha əvvəl Santa Kruz departamentinin hakimi Moreno Moralesin istintaqının dayandırılması və işin keçmiş prezidentin yaşadığı Koçabamba departamentinə köçürülməsi barədə qərar vermişdi.

2024-cü ilin dekabrında Tarixa prokurorluğu 65 yaşlı Evo Moralesə qarşı insan alveri ittihamı irəli sürərək onun həbsinə order verilməsini tələb etmişdi. İstintaq iddia edir ki, 15 yaşlı bir qız valideynləri tərəfindən Moraleslə tanış edilib və onların münasibəti nəticəsində qız hamilə qalıb. Yanvar ayında Tarixa məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Moralesin həbsi ilə bağlı qərar vermişdi.

Qeyd edək ki, Moralesə qarşı bu cür ittihamlar ilk dəfə deyil. 2020-ci ildə prezident səlahiyyətlərini icra edən Janin Anyez hökuməti dövründə də ona qarşı azyaşlıya qarşı cinsi istismar ittihamı ilə istintaq açılmışdı, lakin bu proses nəticəsiz qalmışdı. Evo Morales isə bu iddiaları siyasi təqib kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti