...

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub

Hadisə Materials 2 May 2025 14:22 (UTC +04:00)
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.

Trend-in məlumatına görə, o, şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti