Xankəndi. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin təbii qaza olan təlabatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir.
Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib. 15 sənaye obyektinə təbii qaz verilib. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.