...

Türkiyə millisinin sabiq üzvü futboldan kənarlaşdırılıb

İdman Materials 3 May 2025 17:17 (UTC +04:00)
Türkiyə millisinin sabiq üzvü futboldan kənarlaşdırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.

Məlumata görə, ölkənin "Qostivar" klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb. Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti