Bakı. Trend:
Bu tədbir ortaq gələcəyimizin strateji təməllərini müzakirə etmək üçün çox önəm daşıyır. Birliyimizi, bərabərliyimizi önəmli sənədlərdə əks etdirəcək müzakirələr baş tutacaq.
Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә 3 May Türkçülük Günü münasibәtilә keçirilәn “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panelda çıxışı zamanı deyib.
O xatırladıb ki, türk dövlətləri arasında münasibətlərin rəsmiləşdirilməsi üçün Türkd Dövlətləri Təşkilatı yaradılıb:
“Ortaq hədəflər istiqamətində çalışırıq. Münaqişənin yox, daha çox sülhün təcəssüm etdiyi bölgə inşa etmək istəyirik, qlobal problemlərə ortaq həll yolları tapmaq üçün çalışırıq. Türk dünyası beynəlxalq münasibətlər sistemində daha təsirli hala gəlməlidir”.