Bakı. Trend:
Rumıniyada prezident seçkilərinin birinci turu keçiriləcək.
Trend-in məlumatına görə, birinci turda qalib gəlmək üçün namizəd 50 faiz+1 səs toplamalıdır.
İkinci turun (zəruriyyət yaransa) mayın 18-nə keçirilməsi nəzərdə tutulub. 18 milyona yaxın seçici qeydə alınıb, seçki günü 19 min seçki məntəqəsi açılacaq.
Ruminiya vətəndaşları üçün xaricdə səsvermə cümə günü başlayıb və üç gün davam edəcək.