Bakı. Trend:
Amerikalı kolleksiyaçının 2011-ci ildə Mərakeşdən aldığı meteoritin tədqiqi nəticəsində dəyərli məlumatlar əldə edilib.
Trend-in məlumatına görə, “Northwest Africa 7030” adlı meteoritin uzun müddət davam edən tədqiqatı nəticəsində Mars planetində suyun formalaşması ilə bağlı düşüncələr dəyişib.
Laboratoriya tədqiqatı zamanı meteoritdə 4,45 milyon il yaşı olan sirkonium aşkar edilib. Bu da planetin yaşı ilə təxminən eynidir. 10 illik tədqiqat zamanı başqa maraqlı fakt da ortaya çıxıb. Məlum olub ki, bu meteoritdə olan suyun miqdarı digər Mars mənşəli meteoritlərdən 10 dəfə çoxdur. Cisimdə həmçinin, dəmir, alüminium və natrium da mövcuddur. Bu da sirkoniumun maye mühitdə 4,45 milyon il əvvəl kristallaşdığını göstərir.
İndiyədək Marsda suyun sonradan əmələ gədiyi düşünülsə də, bu tədqiqatdan sonra yanaşma dəyişib. İndi ehtimal olunur ki, qırmızı planetdə su elə onun yarandığı dövrdən mövcuddur.