...

"Bavariya" səfərdə xal itirib, "Borussiya" qələbə qazanıb - Almaniya Bundesliqası

İdman Materials 3 May 2025 23:58 (UTC +04:00)
"Bavariya" səfərdə xal itirib, "Borussiya" qələbə qazanıb - Almaniya Bundesliqası

Bakı. Trend:

Almaniya Bundesliqasında 32-ci turun daha bir neçə qarşılaşması baş tutub.

Trend-in məlumatına görə, "Bavariya" sona iki tur qalmış çempionluğa bir addım da yaxınlaşıb.

Münhen klubu səfərdə "Leypsiq"in qonağı olub. Görüşdə 0:2 hesabı ilə geri düşən "Bavariya" fasilədən sonra hesabı 3:2-yə çatdırsa da, son dəqiqələrdə üstünlüyünü qoruya bilməyib – "Leypsiq" 90+5-ci dəqiqədə bərabərlik qolunu vuraraq bir xalı xilas edib.

"Bavariya" çempionluğu rəsmiləşdirmək üçün qalan iki turda cəmi 1 xal qazanmalıdır.

Dortmund "Borussiya"sı isə evdə "Volfsburq" üzərində inamlı qələbə əldə edib – 4:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti