Bakı. Trend:
Misli Premyer Liqasında XXXIII turun daha iki oyunu keçirilib.
Trend-in məlumatına görə, hər iki qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Şamaxı" doğma meydanda autsayder "Səbail"lə, "Araz-Naxçıvan" isə "Sabah"la bərabərə qalıb.
Otuz üç turdan sonra Naxçıvan təmsilçisi 55 xalla 3-cü pillədə qərarlaşıb. Aktivində 40 xalı olan "Sabah" 5-cidir. Şamaxı klubu 36 xalla 6-cı, "Səbail" 22 xalla sonuncu - 10-cudur.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.