Bakı. Trend:
Asiya Çempionlar Liqasının 2024/2025 mövsümünə yekun vurulub.
Trend-in məlumatına görə, final görüşündə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə Yaponiyanın "Kavazaki Frontale" komandası üz-üzə gəlib.
Matçın favoriti sayılan "Əl-Əhli" 2:0 hesabı ilə qalib gəlib. Qolları ilk hissədə Qaleno və Kessei vurublar. Bu qələbə sayəsində Səudiyyə təmsilçisi tarixində ilk dəfə turnirin qalibi olub. Komanda daha əvvəl oynadığı iki finalda mükafatsız qalmışdı.
Debüt finalını keçirən "Kavazaki Frontale" isə ilk cəhdində məğlubiyyətlə üzləşib.